Ermənistan Şurasının eksperti: Bu cür görüşlər davam etdirilməlidir
11.04.2026 [21:40]
Xəbərin mətni
Mənim fikrimcə, bu təşəbbüs müxtəlif formatlarda inkişaf edəcək. Belə görüşlər davam etdirilməlidir. Onlarla paralel olaraq müəyyən qruplar da çalışacaq. Həm Azərbaycan, həm də Ermənistan nümayəndə heyətindən bu təşəbbüsdə iştirak edənlərin bir qismi mümkündür ki, birgə məqalələr yazsınlar, ya da medianın monitorinqini aparsınlar. Bütün bunlar müzakirə mərhələsindədir. Bu barədə AZƏRTAC-a eksklüziv açıqlaması zamanı Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində keçirilən dəyirmi masada iştirak edən Ermənistan Şurasının assosiativ eksperti Edqar Vardanyan bildirib.