“Azərkosmos” 15 ildə Azərbaycanın kosmik sahədə formalaşan iradəsi, peşəkarlığı və suverenliyidir - MÜSAHİBƏ
12.04.2026 [12:57]
Xəbərin mətni
Azərbaycanın peykləri təkcə ölkə daxilində deyil, eyni zamanda, Afrika, Avropa və Mərkəzi Asiyanı əhatə edən geniş coğrafiyada telekommunikasiya, yayım və internet xidmətləri təklif edir. Azərkosmos bu gün Afrikanın 39 ölkəsində peyk rabitə xidmətləri göstərir. Peyklərimiz Afrikanın 70 faizini əhatə edir və 100 milyondan çox ev təsərrüfatına internet və yayım imkanı yaradır. Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində “Azərkosmos”un İdarə Heyəti sədrinin satış məsələləri üzrə müşaviri Yolçu Həsənov deyib.