“PAŞA Bank” IPO çərçivəsində abunə yazılışına başlayıb
13.04.2026 [11:39]
Xəbərin mətni
“PAŞA Bank” İlkin Kütləvi Təklif (IPO) çərçivəsində abunə yazılışına start verib. Bununla bağlı keçirilən mətbuat konfransında “PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, abunə yazılışı 13 aprel-12 may tarixlərində davam edəcək. Bank kapitalının 5 faizini təşkil edən 932 min 926 ədəd adi, adlı səhm investorlara təqdim olunur.