Ekspert: Kibertəhlükəsizlikdə əsas üstünlük çeviklik və operativlikdir
13.04.2026 [12:29]
Xəbərin mətni
Hazırda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) ölkəni rəqəmsal qarşıdurmanın adi iştirakçısından bu mübarizənin davamlı qalibinə çevirəcək yanaşmanın tətbiqi üzərində çalışır. Bu fikirləri “TechPro DC” şirkətinin kommersiya direktoru Mircəlal Bağırov “Kiberinsidentlərə cavab – Binalyze Modern DFIR” mövzusunda keçirilən seminar zamanı səsləndirib.