Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hesablama Palatası ötən il aşkarladığı maliyyə uyğunsuzluqlarının məbləğini açıqlayıb

13.04.2026 [14:06]

Xəbərin mətni

Büdcəyə hesablanmış zərərin 101,5 milyon manatı üzrə vəsaitin bərpası, 40,2 milyon manatı üzrə isə müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi barədə qərar qəbul edilib. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 13-də keçirilən iclasında müzakirəyə çıxarılmış Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.