Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rejissor: “Mən, Lalə, bir də Şerlok Holms” serialının ikinci mövsümü tarixi şəxsiyyətlər üzərində qurularaq, daha dərin məzmun qazanıb

15.04.2026 [22:18]

Xəbərin mətni

“Mən, Lalə, bir də Şerlok Holms” serialı uşaqlar tərəfindən böyük maraq və sevgi ilə qarşılanıb. Müasir dövrdə azərbaycanlı uşaqların daha çox xarici seriallara üstünlük verdiyini nəzərə alan layihə müəllifləri əsas məqsəd kimi onların yerli məhsullara marağını artırmağı və milli qəhrəmanlarla böyümələrinə töhfə verməyi müəyyənləşdiriblər. Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Mən, Lalə, bir də Şerlok Holms” serialının quruluşçu rejissoru Rüfət Şahbazov bildirib.