Azərbaycan Dövlət İnformasiya Agentliyi

Energetika naziri: Enerji təhlükəsizliyi ümumi təhlükəsizlik mühitinin vacib məsələlərindən birinə çevrilib

17.04.2026 [15:00]

Xəbərin mətni

Enerji təhlükəsizliyi artıq ümumi təhlükəsizlik mühitinin vacib məsələlərindən birinə çevrilib və bu məsələlər hazırda böyük əhəmiyyət daşıyır. Bu sözləri energetika naziri Pərviz Şahbazov Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu (ADF 2026) çərçivəsində təşkil edilən panel iclasda çıxışı zamanı bildirib.