Rusiyanın Azərbaycana yatırdığı investisiyanın 27 faizi neft-qaz sektorunun payına düşüb
17.04.2026 [16:09]
Xəbərin mətni
2026-cı il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda Rusiya kapitalı ilə 2100-dən çox kommersiya qurumu qeydiyyatdan keçib, onlardan 1400-dən çoxu aktiv fəaliyyət göstərir. Bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında çıxışı zamanı bildirib.