Orta Dəhlizin əhəmiyyəti artır
20.04.2026 [17:55]
Yaxın Şərqdə baş verən proseslər, xüsusilə Hörmüz boğazı və İran körfəzi ətrafında müşahidə olunan gərginliklər Orta Dəhlizin strateji əhəmiyyətini daha da artırır. Əvvəllər Çin, Koreya və Yaponiya ilə ticarət əsasən İran üzərindən, xüsusilə Bəndər-Abbas limanı vasitəsilə həyata keçirilirdi və yüklərin böyük hissəsi bu marşrutla daşınırdı. Lakin İranın sanksiyalar altında olması, eləcə də baş verən müharibələr bu marşrutun etibarlılığını azaldıb. Bu şəraitdə Orta Dəhlizin daha sabit və etibarlı alternativ kimi əhəmiyyəti artır. Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib.