Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Ağdama qayıtmaq mənim üçün böyük xoşbəxtlikdir

21.04.2026 [10:49]

Xəbərin mətni

Otuz ildən sonra doğma Ağdama qayıtmaq mənim üçün sözlə ifadə olunmayacaq qədər böyük xoşbəxtlikdir. Uzun illər bu torpaqlardan uzaq düşsəm də, yurd həsrəti heç vaxt qəlbimdən silinmədi. İndi isə uşaqlığımın keçdiyi məkanlara yenidən ayaq basmaq, ata-baba ocağını görmək həm duyğulu, həm də qürurverici bir hissdir. Bu günə hər zaman inanırdım və şükürlər olsun ki, həmin arzu gerçəyə çevrildi. Bu sözləri Ağdam şəhərindən olan keçmiş məcburi köçkün Mənzər Əliyeva bildirib.