Murad Dadaşov: Anar Məmmədxanovun xatirəsi hər zaman qəlblərdə yaşayacaq
21.04.2026 [15:57]
Xəbərin mətni
Anar Məmmədxanovun vaxtsız dünyasını dəyişməsindən 15 il ötür. Bu illər ərzində Anar hər gün xatirələrimizdə yaşayıb. O çox genişqəlbli, böyük vətənpərvər, ailəsini sevən, xalqına bağlı bir insan idi. Anar Məmmədxanov, Vətəni təkcə sözlə deyil, əməlləri ilə sevirdi. Harada Azərbaycan adı çəkilirdisə, o, bunu məsuliyyətlə təmsil edirdi. Bu yanaşma, bu dəyərlərə sadiqliyi nəticədə onun arzuladığı bir çox işlər reallaşdı. Bunu “Xəzər” Media Mərkəzinin baş direktoru Murad Dadaşov deyib.