Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bəxtiyar Məmmədov: Metroda mühafizə və rele sistemləri vaxtında işə düşərək fəsadların qarşısını alıb

21.04.2026 [16:42]

Xəbərin mətni

Bu gün saat 12:10 radələrində Bakı Metropoliteninin “Ulduz–Nərimanov” mənzilində tuneldə yerləşən aralıq kabeldə baş vermiş qısaqapanma nəticəsində təmas xəttinə yüksək gərginliyin verilməsində çətinlik yaranıb. Nəticədə qeyd olunan sahədə qatarların hərəkətində müvəqqəti fasilə müşahidə olunub. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlaması zamanı bildirib.

 

Müxbirlər - Kənan Aydın 
 
Videooperator - Vüsal Taqıyev 
 
Montaj - Nurlan Abdullayev