Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu kənddə artıq müharibənin izləri deyil, xoşbəxtliyin ətri duyulur – REPORTAJ

21.04.2026 [16:55]

Xəbərin mətni

Xocalı rayonunun Xanyurdu kəndi… Uzun illər həsrətin, nisgilin ünvanı olan bu torpaq bu gün yenidən azad nəfəs alır. İşğaldan azad edildikdən sonra kənddə genişmiqyaslı təmir-bərpa işləri aparılıb, evlər bərpa olunub, yollar çəkilib, elektrik, qaz və su xətləri yenidən qurulub. Kəndə qayıdan insanlar doğma ocaqlarında yeni, xoşbəxt həyat qururlar.