"Kapital Bank"ın 1 milyondan çox müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir
22.04.2026 [11:57]
Xəbərin mətni
Bank 2025-ci ildə aidiyyəti dövlət qurumları və "Bakı Kart"la əməkdaşlıq edərək oktyabr ayından etibarən ictimai nəqliyyatda ödənişlərin rəqəmsallaşmasını təmin edib. “Kapital Bank”ın 1 milyondan çox müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir. Rəqəmlərlə danışsaq müştərilərimizin 1 milyondan çoxu bu tətbiqdən istifadə edir. Bu isə bazar payının 55 faizini təşkil edir. Bu barədə "Kapital Bank"ın İdarə Heyətinin sədrinin 1-ci müavini Cavid Mirzəyev bankın ötən ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair keçirdiyi mətbuat konfransında deyib.