Test imtahanında müvəffəqiyyət əldə etmiş sürücülərə şəhadətnamələrin verilməsinə başlanılıb
22.04.2026 [13:32]
Xəbərin mətni
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən taksi sürücüsü olmaq istəyənlərin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə aprelin 7-də keçirilmiş test imtahanında uğur qazanmış şəxslər şəhadətnamələrini şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusundan əldə edə bilərlər.