Əziz Ələkbərli: Tarixi həqiqətlərin dünyaya çatdırılması erməni saxtakarlıqlarının ifşasından keçir
22.04.2026 [15:58]
Həm Azərbaycan, həm də bütövlükdə regionla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının yolu erməni saxtakarlıqlarının və uydurmalarının ifşasından keçir. Erməni saxtakarlıqları və uydurmaları, ilk növbədə, Cənubi Qafqazın və Kiçik Asiyanın ən qədim dövrlərdən erməni yurdu olmasını “əsaslandırmağa” istiqamətlənib. Qədim mətnlər və klassik mənbələr əsasında bunun belə olmadığını, bu ərazilərin, əslində, prototürk tayfalarının atayurdu olduğunu sübut etmək erməni saxtakarlıqlarına və uydurmalarına vurulan böyük zərbədir. Bu, tarixi həqiqətdir, rus-sovet və Qərb tarixşünaslığının illər boyu bizə təlqin etdikləri yalanların iflasıdır. Bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz əlaqələri” mövzusunda konfransda deyib.