“Buranın torpağı, suyu, havası bir başqadır” – Xanabadda Böyük Qayıdışın xoş təəssüratları
23.04.2026 [14:07]
Xəbərin mətni
Xocalı rayonunun Xanabad kəndindəyik. Dağlar qoynunda yerləşən bu cənnətməkan kənd işğaldan azad edildikdən sonra aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində daha da gözəlləşib. Bu gün doğma sakinlərini yenidən qoynuna alan kənddə həyat qaynayır. İnsanlar illərdir həsrətində olduqları torpağa qayıdıb, əkin-biçinlə məşğul olur, bu torpağa yenidən nəfəs verirlər.