Kərim Şükürov: Qarabağ həqiqətlərinin çatdırılması prioritet istiqamətlərdən biridir
23.04.2026 [18:53]
Xəbərin mətni
Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində AMEA Tarix və Etnologiya İnstitutu olaraq beynəlxalq əlaqələrimiz var və bu sahədə sistemli şəkildə iş aparırıq. Azərbaycan həqiqətlərinin beynəlxalq müstəvidə yayılmasında Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanovanın fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Səfir bu istiqamətdə mühüm işlər görür və institutla sıx əməkdaşlıq edir. Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov deyib.