Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor: Tarix dərslikləri suala sadə və aydın şəkildə cavab verməlidir

23.04.2026 [18:55]

Xəbərin mətni

Ümumtəhsil məktəblərində tarix dərsliklərinin məzmununun anlaşıqlı dildə təqdim edilməsi vacib məsələdir. Bu, hər zaman diqqət mərkəzində olmalıdır. Təəssüf ki, bəzən orta məktəblərdə tarixə sadəcə bir fənn kimi yanaşılır. Düşünürəm ki, tarix özünəməxsus xüsusiyyətə malikdir və milli sərvətimizdir. Tarix ölkəmizdə yaşamış, dəyişmiş və bir-birini əvəz etmiş nəsillərin möhtəşəm salnaməsidir. Mən də bəzi tarix dərsliklərinin müəllifiyəm. Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov deyib.