Azərbaycan Dövlət İnformasiya Agentliyi

Keçmiş məcburi köçkün: Uzun illər davam edən yurd həsrətimiz sona çatdı

24.04.2026 [10:07]

Xəbərin mətni

Bu gün bizim üçün həm sevincli, həm də qürurverici günlərdən biridir. Doğma yurdum olan Ağdam şəhərinə geri dönürəm. Hamımız bu günün gələcəyinə inanırdıq və onu səbirsizliklə gözləyirdik. Bizə bu şərəfli anları yaşadan Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, igid qazilərimizə isə səbir və şəfa arzulayıram. Bu fikirləri AZƏRTAC-a müsahibəsində aprelin 24-də Bakıdan Ağdam şəhərinə yola salınan keçmiş məcburi köçkün Zəminə Kazımova deyib.