Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdam sakini: Doğma yurduma qovuşmaq mənə sonsuz xoşbəxtlik bəxş edir

24.04.2026 [10:11]

Xəbərin mətni

Doğma yurduma yenidən qovuşmaq mənə sonsuz xoşbəxtlik bəxş edir. Gənc yaşlarımda bu torpaqlardan ayrılmağa məcbur qaldım. Həmin dövrdə ağır və çətin günlər yaşadım. Şükürlər olsun ki, artıq o sınaqlı mərhələ arxada qalıb. Bu fikirləri doğma yurduna qayıdan keçmiş məcburi köçkün Şamil Hüseynov səsləndirib.