ADA Universitetində keçirilən 14-cü Karyera Sərgisində 150 şirkət təmsil olunur
24.04.2026 [13:11]
Xəbərin mətni
ADA Universitetində keçirilən 14-cü Karyera Sərgisinin əsas məqsədi tələbələri birbaşa aparıcı şirkətlərlə əlaqələndirməkdir. Bunu universitetin Karyera xidmətləri ofisinin meneceri Təranə Aslanova jurnalistlərə açıqlamasında bildirib. O, bildirib ki, 150 şirkətin 350-dən çox insan resursları mütəxəssisinin qatıldığı tədbirdə bankçılıqdan texnologiyaya, energetikadan hüquq və turizmə qədər geniş spektrdə fəaliyyət sahələri təmsil olunur.