300 bal toplayan Emiliya Qayıbova: Özümü riyaziyyatsız təsəvvür etmirəm
24.04.2026 [17:35]
Xəbərin mətni
Buraxılış imtahanında maksimum nəticə göstərənlərdən biri Qusar məktəblisidir. Rayonun Yuxarı Zeyxur kənd tam orta ümumi təhsil məktəbinin XI sinif şagirdi Emiliya Qayıbova martın 15-də keçirilən buraxılış imtahanında maksimum nəticə - 300 bal toplayıb.