AQTA rəsmisi: Qida müəssisələrinin infrastrukturu mühüm əhəmiyyət kəsb edir
24.04.2026 [18:32]
Xəbərin mətni
Hər hansı qidanın təhlükəsiz şəkildə istehlakçılara çatması üçün memarlığın önəmi çox vacibdir. Çünki müəssisələrin infrastrukturu, təhlükələrin düzgün müəyyən olunması və onlara nəzarət mühüm əhəmiyyət kəsb edir Bunu AZƏRTAC-ın əməkdaşının sualına cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova deyib.