Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda yerli əhəmiyyətli və kənddaxili avtomobil yolları əsaslı təmir olunacaq

24.04.2026 [20:42]

Xəbərin mətni

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üzrə nəzərdə tutulan Dövlət Proqramına uyğun olaraq, bəzi yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarının əsaslı təmir olunması ilə bağlı bir sıra işlər həyata keçirilir. Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin (NAYDA) əməkdaşı Əli İbrahimbəyli bildirib.