Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb

25.04.2026 [11:42]

Xəbərin mətni

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Tərtər rayonu, Qaradağlı kəndində fəaliyyət göstərən fərdi sahibkar Nəbiyev Əli Məhəmməd oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.