Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyada piylənmədən əziyyət çəkənlərin sayının artması metobolik cərrahiyyənin inkişafını tələb edir

25.04.2026 [19:07]

Xəbərin mətni

Aprelin 25-də Azərbaycan Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə 7-ci Beynəlxalq bariatrik-metabolik cərrahiyyə və metabolik xəstəliklər konqresi keçirilib. Konqres zamanı 3-cü Xəzər dənizi ətrafı dövlətlərin Bariatrik cərrahiyyə konfransı və 5-ci Türkdilli xalqların Bariatrik cərrahiyyə konfransı da təşkil olunub.