Ağstafanın qədim tarixi üzə çıxır: Ağalıqtəpədə Erkən Dəmir dövrünə aid tapıntılar
27.04.2026 [13:32]
Xəbərin mətni
Ağstafa rayonunun Dağ Kəsəmən kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar bölgənin minilliklər əvvəlinə uzanan tarixini yenidən gündəmə gətirib. Əkin sahələrinin arasında yerləşən Ağalıqtəpə yaşayış yerində Azərbaycan-Almaniya birgə beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən genişmiqyaslı tədqiqatlar aparılır. Alimlər hesab edirlər ki, burada əldə olunan tapıntılar bölgənin Erkən Dəmir dövrü tarixini daha aydın şəkildə ortaya qoyacaq.