Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elnur Əliyev: Təhsil və insan kapitalı Azərbaycan ilə İspaniya arasında ən perspektivli körpülərdən birinə çevrilə bilər

28.04.2026 [13:03]

Xəbərin mətni

Təhsil və insan kapitalı Azərbaycan ilə İspaniya arasında ən perspektivli körpülərdən birinə çevrilə bilər. Azərbaycanda IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılmasına dair anlaşma memorandumunun imzalanması bu istiqamətdə konkret addımdır. Bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanda IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılmasına dair anlaşma memorandumunun imzalanması mərasimində çıxışı zamanı deyib.