Cəlal Qasımov: IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması söhbətlə başlayan yolun davamıdır
28.04.2026 [13:11]
Xəbərin mətni
“Paşa Holdinq” olaraq Azərbaycan iqtisadiyyatını qlobal şəbəkə ilə birləşdirmək prosesinə töhfə verməyimizdən qürur duyuruq. IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılmasına dair anlaşma memorandumunun imzalanması mühüm hadisələrdən biridir və bu, söhbətlə başlayan yolun davamıdır. Bütün dəyərli şeylər kimi, bu yol da insanlarla başlayıb. Bu barədə “PAŞA Holdinq”in baş icraçı direktoru Cəlal Qasımov Azərbaycanda IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılmasına dair anlaşma memorandumunun imzalanması mərasimində çıxışı zamanı deyib.