Azərbaycan Dövlət İnformasiya Agentliyi

SOCAR IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılmasına əhəmiyyətli layihə kimi yanaşacaq

28.04.2026 [13:41]

Xəbərin mətni

IE Liderlik və İnnovasiya Mərkəzi kimi layihələrin bəhrəsini və nəticələrini qarşıdakı onilliklər ərzində görəcəyik. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf IE Liderlik və İnnovasiya Mərkəzinin yaradılması üzrə Anlaşma Memorandumunun imzalanma mərasimində çıxışı zamanı bildirib.