“Caspian Agro Week”də 45 ölkədən 447 şirkət iştirak edəcək
28.04.2026 [14:48]
Xəbərin mətni
Mayın 5-dən 8-dək Bakı Ekspo Mərkəzində keçiriləcək “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, eləcə də “Horeca Caspian” – 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisində 45 ölkədən 447 şirkət iştirak edəcək. Bu barədə aprelin 28-də sərgilərlə bağlı baş tutan mətbuat konfransında məlumat verilib.