Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilir

29.04.2026 [11:53]

Bakıda “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edirlər.