“Azərxalça”nın kreativ direktoru: Forum təcrübə və ideyaların paylaşılması üçün önəmli platformadır
01.05.2026 [17:08]
Xəbərin mətni
Beynəlxalq Xalça Forumu böyük bir platformadır. Bu platformada fikir və təcrübə mübadiləsi aparılır, müxtəlif ölkələrdən gələn mütəxəssislər fəal iştirak edirlər. Bu ilin proqramı da olduqca maraqlıdır və əsasən istehsalçılara, eləcə də xalça sənayesində çalışan insanlara yönəlib. Bunu jurnalistlərə açıqlamasında “Azərxalça”nın kreativ direktoru, sənətşünas Əsmər Babayeva deyib.