Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hüseyn Cavidin barelyefi - Vaşinqtonda mədəni diplomatiya nümunəsi

04.05.2026 [13:14]

Vaşinqtonun tarixi Corctaun bölgəsində ABŞ-Azərbaycan Ticarət Palatasının binası qarşısında yerləşən Hüseyn Cavidin barelyefi ABŞ-də yeganə Azərbaycan abidəsidir. 2022-ci ilin oktyabrında ABŞ-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illik yubileyi münasibəti ilə ədibin barelyefinin açılışı olub. Layihə Azərbaycan hökumətinin təşəbbüsü ilə həyata keçirilib və Vaşinqtonda mədəni diplomatiyanın nümunələrindən biri kimi qiymətləndirilir.