Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13 zamanı İçərişəhər–Şıx–“Sea Breeze” xətti üzrə xüsusi daşımalar təşkil olunacaq

05.05.2026 [11:42]

Xəbərin mətni

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində istismara veriləcək avtobus və taksi parkı, eləcə də daşımaların təşkili üzrə yeni marşrutlar təşkil olunur. Bu barədə WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov məlumat verib.