Azərbaycan Dövlət İnformasiya Agentliyi

WUF13-də nəqliyyat əməliyyatlarının səmərəli təşkili məqsədilə “rəqəmsal xəritə” hazırlanıb

05.05.2026 [13:22]

Xəbərin mətni

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində nəqliyyat əməliyyatlarının səmərəli təşkili məqsədilə “rəqəmsal nəqliyyat xəritəsi” hazırlanıb. Bu barədə WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov məlumat verib.