WUF13-ün açılış günü bəzi istiqamətlərdə nəqliyyatın hərəkətində müvəqqəti dəyişikliklər tətbiq edilə bilər
05.05.2026 [13:58]
Xəbərin mətni
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində nəqliyyatın təşkili zamanı “yaşıl dəhliz” prinsipi tətbiq olunacaq, yolların tam bağlanması isə nəzərdə tutulmur. Bu barədə WUF13 dövründə nəqliyyatın idarə olunması planının təqdimatına həsr olunmuş brifinqdə Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev məlumat verib.