Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səfir: Türk dünyasının inteqrasiyasının bünövrəsini Türkiyə-Azərbaycan qardaşlığı təşkil edir

06.05.2026 [13:17]

Xəbərin mətni

Türk dünyası sadəcə ortaq keçmişin deyil, həm də ortaq gələcəyin adı kimi reallaşmağa, təcəssüm etməyə başladı. Mərhum İsmayıl Qaspıralının əsrləri aşan “Dildə, fikirdə, işdə birlik” hikmətli çağırışı bu gün həmişə olduğundan daha çox məna kəsb edir. Bizi uğura aparacaq yol və üsul, əslində, budur. Bu söz artıq sadəcə bir ideal deyil, Türk Dövlətləri Təşkilatı ilə institusionallaşan, Orta Dəhliz ilə konkretləşən, enerji xətləri ilə dərinləşən, rəqəmsal transformasiya və texnologiya tərəfdaşlığı ilə gələcəyə daşınan strateji bir baxışın nişanəsi olub. Bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakı Dövlət Universitetində keçirilən “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” mövzusunda beynəlxalq konfransda deyib. 

BÖLMƏNİN DİGƏR VİDEOLARI