Minifutbol turnirinin bürünc medalçısı: Çempionluğa layiq olduğumuzu düşünürəm
08.05.2026 [10:29]
Xəbərin mətni
Özümüzə bürünc medal arzulamırdıq. Fikrimcə, finala vəsiqə qazanmağa layiq tərəf biz idik. Təəssüf ki, belə alındı. Bu sözləri AZƏRTAC-a açıqlamasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirində bürünc medal qazanmış Ədliyyə Nazirliyinin komandasının üzvü Seymur Şükürov deyib.