ADY sədri: Məqsədimiz yük sahiblərini və sərnişinlərimizi daha müasir və əlçatan xidmətlərlə təmin etməkdir – EKSKLÜZİV MÜSAHİBƏ
08.05.2026 [22:01]
Qlobal logistika zəncirində Azərbaycanın tranzit potensialının artdığı və “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağın yenidən qurulduğu bir dönəmdə dəmir yolu nəqliyyatının idarə edilməsi yeni prioritetlər tələb edir. İqtisadi səmərəliliklə sərnişin məmnuniyyəti arasında balansın qurulması, rəqəmsallaşma maneələrinin aşılması və regional nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətliliyinin təmin olunması bu gün “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) gündəliyində yer alan əsas məsələlərdir. QSC-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına və AZƏRTAC-a müsahibəsində qurumun cari fəaliyyəti, beynəlxalq yükdaşımalar sahəsində görülən işlər, sərnişin məmnuniyyətinin artırılması və qarşıda duran strateji hədəflərlə bağlı mühüm məqamlara aydınlıq gətirib. Müsahibəni təqdim edirik.