Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur
09.05.2026 [15:18]
Xəbərin mətni
Bu cür yarışın işğaldan azad olunmuş ərazilərdə təşkili Azərbaycanın dünya miqyasında bir daha tanıdılmasına kömək olacaq. Xaricilər də bizim gözəl, füsunkar, səfalı yerlərimizin olduğunu görəcəklər. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov mayın 10-14-də keçiriləcək “Bakı-Xankəndi” Azərbaycan Velosiped yarışı öncəsi təşkil olunan mətbuat konfransında deyib.