Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: AZCON Mühəndislik və Texnologiya Məktəbində tələbələr praktik bacarıqlara da yiyələnəcəklər

14.05.2026 [10:47]

Xəbərin mətni

AZCON Mühəndislik və Texnologiya Məktəbini digər ali təhsil müəssisələrindən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, tələbələr burada nəzəri biliklərlə yanaşı, praktik bacarıqlara da yiyələnəcəklər. AZCON isə bu prosesdə yalnız sponsor qismində çıxış etməyəcək, eyni zamanda, kurikulumun formalaşdırılmasında birbaşa iştirak edən təsisat olacaq. Bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZCON Mühəndislik və Texnologiya Məktəbinin təqdimatına həsr olunan mətbuat konfransında deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI