Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Rasim Əliquliyev: Müasir şəhərsalma rəqəmsallaşma və süni intellekt olmadan mümkün deyil

15.05.2026 [15:03]

Xəbərin mətni

Şəhərsalma məsələlərinə geniş və çoxşaxəli yanaşma tələb olunur. Şəhərsalma yalnız yaşayış, nəqliyyat, ekologiya, qaz və su təchizatı kimi görünən infrastrukturdan ibarət deyil, eyni zamanda, mədəniyyət və digər sosial-iqtisadi komponentləri də özündə birləşdirən mürəkkəb bir sistemdir. Bu baxımdan şəhərsalma problemləri multidisiplinar xarakter daşıyır və bütün elmi istiqamətlərin birgə iştirakını tələb edir. Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev Bakı Dövlət Universiteti (BDU) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində təşkil olunan “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda deyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI