Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nga Kor Minq: Yeni şəhərsalma gündəliyinin icrası üçün qlobal əməkdaşlıq və praktiki addımlar vacibdir

17.05.2026 [10:38]

Xəbərin mətni

Bu gün dünyanın qarşısında duran əsas çağırışlardan biri hər kəs üçün əlçatan, təhlükəsiz və dayanıqlı yaşayış mühitinin yaradılmasıdır. Bu məsələ yalnız texniki yanaşma deyil, insanların rifahına və gələcəyinə xidmət edən strateji istiqamətdir. Bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının hazırkı prezidenti, Malayziyanın mənzil və yerli idarəetmə naziri Nga Kor Minq Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşündəki çıxış zamanı səsləndirib.