Azərbaycan Dövlət İnformasiya Agentliyi

UN-Habitat Assambleyasının prezidenti: Dayanıqlı şəhərlərin qurulmasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır

17.05.2026 [10:41]

Xəbərin mətni

Biz yalnız qlobal mesajlar verməklə kifayətlənməməliyik. Yeni şəhərsalma gündəliyini yerlərdə tətbiq etməli, real nəticələr əldə etməliyik. Bunun üçün həm dövlət, həm də yerli səviyyədə koordinasiyalı fəaliyyət vacibdir. Bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti, Malayziyanın mənzil və yerli idarəetmə naziri Nga Kor Minq Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşündəki çıxış zamanı söyləyib.