Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qay Rayder: Yeni şəhərsalma gündəliyinin uğurlu icrası üçün növbəti onillik həlledici olacaq

17.05.2026 [10:48]

Xəbərin mətni

Yeni şəhərsalma gündəliyinin həyata keçirilməsi istiqamətində irəli sürülən təşəbbüslərin konkret mexanizmlərlə dəstəklənməsi böyük əhəmiyyət daşıyır. Qarşıdakı 10 il urbanizasiya siyasətinin effektiv icrası baxımından həlledici mərhələ olacaq. Bu fikirləri Birləşmiş Millətlər Təşkilatında siyasət məsələləri üzrə Baş katibin müavini Qay Rayder Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşündə videomüraciəti zamanı səsləndirib.