Kriştof Şerski: Şəhərsalmada sosial vəhdət, iqtisadi şanslar və dayanıqlığın hər kəs üçün bərabər olmasına çalışmalıyıq
17.05.2026 [11:53]
Xəbərin mətni
Bizim şəhərlər davamlı şəkildə artan mürəkkəb çağırışlarla üzləşirlər. Çünki çatışmazlıqlar, keyfiyyət problemləri var. İqlim dəyişikliyi də infrastrukturlara, təbii ki, elementar xidmətlərə öz təsirini göstərir. Buna baxmayaraq, şəhərlər də imkanların, fürsətlərin, iqtisadi inkişafın, innovasiyanın və dayanıqlığın mərkəzi rolunu oynamaqda davam edir. Bunu Polşanın BMT-dəki daimi nümayəndəsi Kriştof Şerski BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşdə çıxışı zamanı deyib.