Azərbaycan Dövlət İnformasiya Agentliyi

Say Samal: Kamboca ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

17.05.2026 [12:05]

Xəbərin mətni

Kamboca ilə Azərbaycan arasında münasibətlər çox yaxşıdır. İki ölkə arasında urbanizasiya ilə yanaşı, digər sahələrdə də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bunu Kambocanın Baş nazirinin müavini Say Samal Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində AZƏRTAC-a məxsusi müsahibəsində bildirib.