Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli koordinator: WUF13 çərçivəsində ilk dəfə nazirlərin iclası üçün ayrıca gün ayrılıb

17.05.2026 [12:12]

Xəbərin mətni

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində ilk dəfə olaraq nazirlərin iclasına ayrıca gün ayrılıb. Bu fikirləri jurnalistlərə açıqlamasında WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.